TƏHSİL

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılıb

28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək
Sputnik
BAKI, 22 avqust — Sputnik. Bu gündən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılıb.
II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.
Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq "İmtahanlar" bölməsindən "Lisey seçimi" düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.
Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.