MƏDƏNİYYƏT

Dünya şöhrətli müğənni Toto Kutunyo vəfat edib

Pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.
Sputnik
BAKI, 22 avqust - Sputnik. Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo vəfat edib.
"Report" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.
İfaçının meneceri Danilo Mancusonun agentliyə verdiyi məlumata görə, uzun sürən xəstəlikdən sonra müğənninin vəziyyəti son aylarda pisləşib.