BAKI, 22 avqust — Sputnik. BRİKS Yeni İnkişaf Bankı, təxminən 15 ölkədən üzvlük üçün müraciətləri nəzərdən keçirir. Çox güman ki, dörd və ya beş ölkənin qəbulu təsdiq ediləcək.
"Financial Times" bu barədə bankın rəhbəri, Braziliyanın keçmiş Prezidenti Dilma Rousseffə istinadən xəbər verib.
Rousseffin müsahibə verdiyi qəzetə görə, BRİKS ölkələri tərəfindən təsis edilmiş Yeni İnkişaf Bankı, "təxminən 15 ölkədən üzvlük üçün müraciətləri nəzərdən keçirir və yəqin ki, dörd və ya beş ölkənin qəbulunu təsdiqləyəcək".
Maraqlıdır ki, Rousseff bu ölkələrin adlarını çəkməkdən imtina edib, lakin o, qeyd edib ki, Yeni İnkişaf Bankı üçün prioritet onun coğrafi təmsilçiliyinin şaxələndirilməsidir.