DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə istilərin yeni dalğası: temperatur normadan 10 dərəcə yuxarı qalxıb

Meteoroloqların məlumatına görə, yüksək temperatur Diyarbəkir (41 dərəcə), Qaziantep (40 dərəcə) və Ədirnə (38 dərəcə) əyalətlərində müşahidə olunacaq.
Sputnik
BAKI, 21 avqust - Sputnik. Türkiyəyə yeni isti dalğası yaxınlaşır, ölkənin bəzi bölgələrində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxacaq. Bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.

“Ölkəmizin şərqində və cənub-şərqində müşahidə olunan isti dalğaları digər bölgələrdə də öz təsirini göstərəcək. Havanın temperaturu mövsümi normadan 10 dərəcə yüksək olacaq", - deyə məlumatda bildirilir.

Meteoroloqların məlumatına görə, yüksək temperatur Diyarbəkir (41 dərəcə), Qaziantep (40 dərəcə) və Ədirnə (38 dərəcə) əyalətlərində müşahidə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.