BAKI, 21 avqust — Sputnik. Elvin Səlimov. Avrasiya İqtisadi İttifaqı (Aİİ) Qərbin Rusiya və Belarusa qarşı qeyri-qanuni sanksiyalarının öhdəsindən uğurla gəlir. Bunu Kazanda keçirilən Gənc Diplomatların VI Qlobal Forumunda Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin Avrasiya İqtisadi İnteqrasiya İdarəsinin rəisi Aleksandr Starkov deyib.
"Ümumiyyətlə, hazırda kollektiv Qərb tərəfindən Rusiya və Belarusa qarşı qeyri-qanuni məhdudiyyətlərin fəal şəkildə tətbiq edildiyini nəzərə alsaq, assosiasiya onlara kifayət qədər uğurla qarşı çıxır. Üstəlik, bütün bunlar hüquqi çərçivədə həyata keçirilir. Sanksiyalardan yan keçməkdən söhbət gedə bilməz, onların mənfi nəticələrini, o cümlədən Aİİ-dəki müttəfiqlərimiz üçün minimuma endirmək imkanı var"? dey' m'lumatda bildirilir/
Diplomat həmçinin Aİİ-nin uğurunu nümayiş etdirən statistik məlumatlara istinad edib.
"Ermənistan və Qırğızıstan 2016-cı ildən ÜDM artımına əlavə olaraq 1,5 faiz bəndi əldə edib. Belarus - 4,9, Qazaxıstan - 0,5. Göstəricilər o qədər də əhəmiyyətli görünməyə bilər, lakin nəzərə almaq lazımdır ki, son bir neçə ildə iqtisadi sahədə yaranmış turbulentlik Aİİ-nin inkişafına çox güclü təsir göstərib".
"Aİİ-nin bir hissəsi olaraq artıq bir çox müştərək müəssisələr yaradılıb. Toplanmış qarşılıqlı investisiyaların həcmi artır, onlar təxminən 16 milyard dollar təşkil edib və 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi yeni rekorda - 83,3 milyard dollara çatıb", - deyə A.Starkov yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.