DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya Rusiya-Ukrayna münaqişənin NATO ilə toqquşmaya çevrilməsini istəmir - Şolts

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, alman cəmiyyətinin müəyyən hissəsi Kiyevə silah verilməsinin əleyhinədir.
Sputnik
BAKI, 21 avqust - Sputnik. Almaniya Rusiya ilə Ukrayna arasında münaqişənin NATO ilə toqquşmaya çevrilməsini istəmir.
Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.
O bildirib ki, Qərb hələ uzun illər Ukraynanı dəstəkləməli olacaq. Onun sözlərinə görə, alman cəmiyyətinin müəyyən hissəsi Kiyevə silah verilməsinin əleyhinədir, lakin bunu etmək vacibdir, ona görə də hər bir qərar diqqətlə ölçülməlidir.
“İstəmədiyimiz odur ki, Rusiya ilə Ukrayna arasında müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilsin”.
Şolts xatırladıb ki, Almaniya hazırda Ukraynaya hərbi yardımın həcminə görə ABŞ-dan sonra ikinci yerdədir.