BAKI, 20 avqust - Sputnik. Silahlı qarşıdurma təkcə Rusiya və Ukraynanın deyil, Avropanın da qüvvələrini tükəndirir.
Bu fikri məşhur alman politoloqu Aleksandr Rar deyib.
“Avropa və Rusiya bir-birini ciddi şəkildə şikəst ediblər. Almaniyada COVİD-dən sonra iqtisadiyyatın bərpasına ümid var idi, lakin Ukraynadakı münaqişə səbəbindən bu baş vermir. Əsasən ona görə ki, biz ucuz rus enerji resurslarını itirmişik”, – deyə ekspert “aif.ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Almaniyaya maye qaz Amerikadan gətirilir. Nəticədə dövlət ev təsərrüfatlarına və müəssisələrə milyardlarla dollarlıq subvensiya ayırmağa məcburdur ki, onlar daha bahalı enerji ala bilsinlər.
“Bir asılılığı digərinə dəyişdik. Və əgər Tramp ABŞ-da hakimiyyətə gələrsə və bu iqtisadi rıçaqdan istifadə etmək istəsə, o zaman Almaniya üçün sakit bir dəhşət gələ bilər”, - deyə politoloq sözünü yekunlaşdırıb.