DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran prezidentinin BRIKS sammitində iştirak edəcəyi açıqlanıb

Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRIKS sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirk edəcək.
Sputnik
BAKI, 20 avqust - Sputnik. İran prezidenti İbrahim Rəisi BRIKS sammitində iştirak edəcək.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Rəisi avqustun 23-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərinə yola düşəcək.
İran prezidenti Cənubi Afrika prezidenti Siril Ramafosanın dəvəti ilə XVI BRIKS sammitində iştirak edəcək.
Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRIKS sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirk edəcək.
Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Rusiya Prezidenti Vladimir Putin sammitə videokonfrans vasitəsilə qatılacaq.
DÜNYA XƏBƏRLƏRİ
BRİKS ölkələri hələlik dollardan uzaqlaşa bilməyəcək