HADİSƏ

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 20 avqust — Sputnik. Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə rayonun Qumlaq kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Lada" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar ilk əvvəl Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyətləri nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.