HƏRBİ

Ermənistan Gədəbəydəki mövqelərimizi atəşə tutub

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 20 avqust - Sputnik. Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.