BAKI, 20 avqust - Sputnik. Şimali Atlantika Alyansı Ukraynanın münaqişədəki qələbəsinə inamını itirib.
APA xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti istefada olan britaniyalı polkovnik Riçard Kempə istinadən məlumat yayıb.
"Yens Stoltenberq ofisinin rəhbəri Stian Yensen, sülh müqaviləsinin Kiyevin NATO-ya üzv olmaq müqabilində Rusiyanın lehinə ərazilərdən imtina etməsini nəzərdə tuta biləcəyini söylədi", - deyə o bildirib.
Britaniyalı polkovnik əmin olduğunu bildirib ki, NATO Baş Katibinin ofisinin rəhbərinin sözləri Qərb dövlətlərinin Ukrayna dövləti ilə bağlı real niyyətlərini əks etdirir, onları “daha ucuza” və mümkün qədər tez satmaq niyyətindədirlər.