Erməni silahlılarının fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Sputnik
BAKI, 20 avqust - Sputnik. Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
HƏRBİ
Ermənistan Gədəbəydəki mövqelərimizi atəşə tutub