BAKI, 20 avqust - Sputnik. BRİKS ölkələri yaxın gələcəkdə dollardan uzaqlaşa bilməyəcəklər, bu, uzaq gələcəyin məsələsidir.
“RİA Novosti” xəbər verir ki, bunu “ImagIndia Institute” analitik mərkəzinin prezidenti Robinder Saçdev Cənubi Afrikada açılan təşkilatın sammiti ərəfəsində bildirib.
"Yaxın gələcəkdə BRİKS qlobal maliyyə sistemini de-dollarizasiya edə bilməyəcək. Uzunmüddətli perspektivdə, bəlkə də bu mümkündür. Onun edə biləcəyi və müzakirə olunan ilk şey üzv ölkələr arasında yerli valyutalarla ticarəti asanlaşdırmaqdır. Lakin hətta bu, belə razılaşmalar qüvvəyə minməzdən əvvəl bir çox çətinliklərlə müşayiət oluna bilər. Amma, o da var ki, uzunmüddətli tendensiya dollara hansısa alternativin yaradılmasından ötrüdür”, - deyə ekspert bildirib.
Bundan əvvəl Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva BRİKS ərazisində dollara alternativ valyutanın tətbiqini təklif edib. Xüsusilə, Braziliya lideri sentyabrda keçiriləcək ittifaqın sammitində iştirakçı ölkələrin dövlətlərarası hesablaşmalarında dollardan imtina məsələsini gündəmə gətirmək niyyətindədir.
Martın sonunda Dövlət Dumasının sədr müavini Aleksandr Babakov bildirib ki, BRİKS ölkələri valyutanın yeni forması üzərində işləyirlər və bu il Cənubi Afrika Respublikasında assosiasiya liderlərinin sammitində onun inkişafı ilə bağlı ideyalar təqdim edə bilərlər. Onun fikrincə, bu valyutanın arxasında təkcə qızıl deyil, həm də digər mal qrupları, xüsusən də nadir torpaq metalları və torpaq dayana bilər. O, həmçinin BRİKS-də vahid valyutanın meydana çıxa biləcəyini də istisna etməyib.
Qeyd edək ki, avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRİKS sammitində Çin, Hindistan, Braziliya və Cənubi Afrikanı liderləri, Rusiyanı isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Rusiya Prezidenti Vladimir Putin sammitdə videokonfrans vasitəsilə iştirak edəcəyini açıqlayıb.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir, lakin son vaxtlar Argentina, İran, Əlcəzair, Tunis, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla ən azı 19 dövlət iqtisadi bloka qoşulmaq arzusunu ifadə edib.