QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtkin düşmüş 15 azərbaycanlının şəxsiyyəti müəyyən edilib - Prezidentinin köməkçisi

Hikmət Hacıyev sosial şəbəkədə Şuşada tapılan kütləvi məzarlıqdan video paylaşıb.
Sputnik
BAKI, 19 avqust - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə Şuşada tapılan kütləvi məzarlıqdan video paylaşıb.

“İtkin düşmüş 15 nəfərin şəxsiyyəti müəyyən edilib, onların qalıqları kütləvi məzarlıqlarda tapılıb. Ermənistan hələ də I Qarabağ müharibəsi zamanı erməni həbs düşərgələrində 4000 azərbaycanlının dəfn edildiyi, işgəncələrə, qeyri-insani rəftara məruz qaldığı kütləvi məzarlıqların yerini bildirməkdən imtina edir”, - deyə Hacıyev bildirib.

Bundan əvvəl Şuşada kütləvi məzarlıq aşkarlandığı barədə məlumat yayılmışdı.
Avqustun 1-dən 15-dək aparılan qazıntılar nəticəsində Şuşa həbsxanasının ərazisindən 17 nəfərin qalıqları aşkar edilib.
Qalıqların yeri və vəziyyətinə görə ekspertlər müəyyən ediblər ki, bu insanlar zorakılıqla ölüb, bundan sonra həbsxananın kanalizasiyasına atılıb.
Xatırladaq ki, iyun ayında Şuşa həbsxanasının ərazisində də kütləvi məzarlıq aşkar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.