DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ramasvami: ABŞ Rusiya və Çinlə münaqişə vəziyyətində yox olacaq

ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Vaşinqtonun ölkəni nüvə silahından qorumaq qabiliyyətinə malik olmadığına diqqət çəkib.
Sputnik
BAKI, 19 avqust — Sputnik. ABŞ Rusiya və Çinlə münaqişəyə girərsə yox olacaq. Müvafiq bəyanatı jurnalist Taker Karlsona "Twitter"də dərc olunan müsahibəsində ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami verib.
O, Vaşinqtonun ölkəni nüvə silahından qorumaq qabiliyyətinə malik olmadığına diqqət çəkib. Bundan əlavə, dövlətin milli müdafiəsi "artıq müdafiə ilə bağlı deyil".

"Əgər biz nüvə dövlətləri olan Rusiya və Çin ittifaqı ilə müharibə etsək, Birləşmiş Ştatlar yox olmaq riski ilə üzləşəcək", - deyə siyasətçi qeyd edib.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Çin və Rusiyanı "strateji düşmənlər" elan etdiyini bildirib. Maraqlıdır ki, Pekin və Moskva arasında dostluq münasibətləri bundan sonra daha da möhkəmlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.