RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin xüsusi hərbi əməliyyat qruplaşmasının Rostov-na-Dondakı qərargahında görüş keçirib

Rusiya Prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun və cəbhə istiqamətləri üzrə komandanların məruzələrini dinləyib.
Sputnik
BAKI, 19 avqust - Sputnik. Rusiya prezidenti Vladimir Putin Nxüsusi hərbi əməliyyat qruplaşmasının Rostov-Dondakı qərargahında iclas keçirib. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

“Prezident Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun, istiqamətlər üzrə komandanların və qruplaşmanın digər yüksək rütbəli zabitlərinin məruzələrini dinləyib”, - deyə Kremldən bildirilib.

Daha sonra Kreml Putinin Rostov-na-Donuda xüsusi hərbi əməliyyatda iştirak edən bir qrup hərbçinin qərargahına baş çəkməsinin videogörüntülərini yayıb. Bu barədə material “Rossiya 24” telekanalında nümayiş etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.