RUSİYA

Ordu-2023 forumunda süni intellekt və pilotsuz təyyarələr müzakirə olunur

Forum iştirakçıları “Ən yaxşı məruzəyə görə” və “Forumun elmi və işgüzar proqramının tədbirlərində fəal iştiraka görə” diplomları ilə təltif olunacaqlar.
Sputnik
BAKI, 19 avqust - Sputnik. Ordu-2023 elmi-texniki forumunun altıncı günündə ikili təyinatlı dronlar, eləcə də süni intellekt müzakirə olunacaq. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəisi, general-mayor Aleksandr Osadçuk bildirib.

“Bu gün forumun altıncı günüdür və ikinci gündür ki, əsas diqqət kütləvi ziyarətçiyə yönəlib. Elmi və işgüzar proqram çərçivəsində bu gün 24 tədbir nəzərdə tutulub. Onlardan əsasları bunlardır: “Dronbiatlon” klubunun “Pilotsuz təyyarələr – müharibə və sülh şəraitində ikili istifadə texnologiyaları” mövzusunda plenar iclası, “Kompüter oyunları milli müdafiə və təhlükəsizlik amili kimi” süni intellekt üzrə konqresin dəyirmi masası", - deyə general bildirib.

Bundan əlavə, forumun altıncı günündə “Ordu-2023” elmi-işgüzar proqramının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Çin Müdafiə Nazirliyinin “ARMY-2023” sərgisindəki stendində hərbi texnika və silahların maketləri
Ən yaxşı tədbirə görə əsas mükafat Rusiya Federasiyası Müdafiə Nazirliyi və xarici təşkilatların beş nümayəndəsinə veriləcək. Forum iştirakçıları “Ən yaxşı məruzəyə görə”“Forumun elmi və işgüzar proqramının tədbirlərində fəal iştiraka görə” diplomları ilə təltif olunacaqlar.
Həmçinin şənbə günü “Era” texnopolis məzunlarının görüşü nəzərdə tutulub. Osadçukun sözlərinə görə, işdən çıxarıldıqdan sonra onların bir çoxu Rusiya Silahlı Qüvvələrində və hərbi sənaye kompleksinin müəssisələrində fəaliyyətlərini davam etdiriblər. Xüsusi olaraq "Era" məzunları üçün Ordu-2023-də əmək yarmarkası təşkil edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.