RUSİYA

Koronavirusun yeni yayılmış BA.2.86 ştammı təhlükəlidirmi?

Rusiyalı immunoloq bildirib ki, ilk növbədə, virusun nə qədər ağır xəstəliyə, ölümə səbəb olmasına, eləcə də xəstə insanlara, kiçik uşaqlara, qocalara və ya immun çatışmazlığı olan insanlara təsiri araşdırılmalıdır.
Sputnik
BAKI, 19 avqust - Sputnik. Rusiyanın tibb elmləri doktoru, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq Vladislav Jemçuqov son günlər yayılan koronavirusunun yeni variantının təhlükəsindən danışıb.
O, deyib ki, 30-dan çox mutasiyaya malik koronavirusunun yeni variantı olan BA.2.86 ştammının ciddi təhlükə törətməsi ehtimalı azdır. Lenta.ru-nun əməkdaşı ilə söhbətində o, SARS-CoV-2-nin niyə dəyişməyə davam etdiyini də izah edib.

“Düşünürəm ki, bu, təhlükəli deyil və heç nə ilə təhdid etməyəcək, çünki bu, təbii prosesin əksidir. Mutasiyalar virusda heç kimdən və heç nədən asılı olmayaraq baş verir. Sadəcə, hamısını sadalamırlar, bəzilərini xüsusilə ən sürətlə yayılanı götürürlər. Virusların dəyişən şərtlərə uyğunlaşması, təbii bir prosesdir. Əgər yeni ştamm daha daha yoluxucu olsa, daha sürətli yayılsa, o, payız-qış dövrü ərəfəsində baş verən bütün əvvəlki ştamları üstələyəcək ”, - deyə mütəxəssis qeyd edib.

V.Jemçuqov yeni variantın təhlükəsindən də danışıb.
Bildirib ki, ilk növbədə, virusun nə qədər ağır xəstəliyə, ölümə səbəb olmasına, eləcə də xəstə insanlara, kiçik uşaqlara, qocalara və ya immun çatışmazlığı olan insanlara təsirinə baxmaq lazımdır. Bu statistikanın toplanması üçün isə bir neçə ay tələb olunur.
Qeyd edək ki, Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi Böyük Britaniyada BA.2.86 koronavirusunun yeni variantını aşkar edib. Mütəxəssislər ondakı sünbül geninin 30-dan çox mutasiyasını hesablayıblar.
“The Guardian” yazır ki, bu tip koronavirus ilk dəfə İsraildə aşkarlanıb. Daha sonra variant Danimarka və ABŞ-da qeydə alınıb. Avqustun 18-də Ümumdünya Səhiyyə Təşkilatı BA.2.86-nın yayılmasına nəzarət edəcəyini elan edib. Mutasiyaların çoxluğuna görə müşahidə altında olan variantlar siyahısına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.