BAKI, 19 avqust - Sputnik. Avqustun 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 551 əsas küçə və prospektinin təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirilib.
Qeyd olunur ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.