DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Ukrayna böhranının siyasi həlli üçün səy göstərəcək - Çin Xarici İşlər Nazirliyi

Çin sədri Si Cinpinin Ukrayna böhranının siyasi həlli ilə bağlı irəli sürdüyü prinsiplərə əsaslanaraq, biz bütün maraqlı tərəflərlə əlaqələri və əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Çin Ukraynadakı münaqişənin siyasi həllinə yardım etməkdə davam edəcək. Bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini Çen İkun deyib.
Diplomat vurğulayıb ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır.
O, TASS-ın sualını cavablandırarkən deyib:
"Mövqemizin mahiyyəti danışıqlara və böhranın siyasi həllinə kömək etməkdir".

"Çin sədri Si Cinpinin Ukrayna böhranının siyasi həlli ilə bağlı irəli sürdüyü prinsiplərə əsaslanaraq, biz bütün maraqlı tərəflərlə əlaqələri və əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik. Danışıqlar prosesində vəziyyətin inkişafına əsaslanaraq, biz səylərimizi davam etdirəcəyik", - İkun bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.