PAYTAXT XƏBƏRLƏRİ

Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq!

üfüqi nişanlanma işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sputnik
BAKI, 19 avqust - Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 avqust saat 22:00-dan 20 avqust saat 06:00-dək və 20 avqust saat 22:00-dan 21 avqust saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.