DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenskiyə hücumun uğursuzluğuna görə xoşagəlməz xəbər verilib

Ukrayna tərəfi hər hansı bir halda məğlub olacaqdı. Lakin Amerikanın köməyi ilə bu o qədər də utancverici alınmadı.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə danışıqlara getməli olacaq. Buna səbəb Ukrayna hərbi qüvvələrinin uğursuz əks-hücumudur.
"Politico" xəbər verib ki, bunu amerikalı konqresmen Endryu Harris bəyan edib.
Onun sözlərinə görə, Ukrayna tərəfi hər hansı bir halda məğlub olacaqdı. Lakin Amerika köməyi ilə bu o qədər də utancverici alınmadı.
"Mən birbaşa və açıq danışıram. Əks hücum uğursuz oldu" - Harris bildirib.
O əlavə edib ki, Zelenskinin məsələni sülh yolu ilə həll etmək istəmədiyi indi aydın görünür. Lakin bu vəziyyətdə o seçmək iqtidarında deyil.
Əvvəllər də Ukrayna ordusunun uğursuzluğunu Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor qeyd etmişdi. Onun sözlərinə görə, hərbçilər bütün istiqamətlərdə uğursuzluqlara düçar olurlar.