BAKI, 18 avqust — Sputnik. Amerika hakimiyyəti ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri istiləşdirmək istəyini mənfi qiymətləndirib.
"Hill"in şərhçisi Con Fierinin fikrincə, onlar "cəza" olaraq Trampı biabır etməyə cəhd göstərə bilərdilər.
Trampın Rusiya ilə bağlı mövqeyi ABŞ ekspert icmasını qəzəbləndirib. Onlar bəyan ediblər ki, heç bir "ağıllı siyasi lider" Rusiya Federasiyası ilə dostluq haqqında düşünə bilməz. Onların fikrincə, səbəb Moskva və Vaşinqtonun çoxdan ən güclü nüvə rəqiblərinə çevrilməsidir.
"Onlar, "Tramp hansısa yolla biabır edilməlidir" deyə qışqırırdılar", - jurnalist belə qeyd edib.
Kəşfiyyat rəsmiləri də amerikalı liderdən narazı idilər. Trampın, əbədi müharibələrin pul və qan itkisi olduğu fikri onları əsəbiləşdirib.
Daha əvvəl bildirilib ki, böyük andlılar jürisi 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı Tramp və digər müttəhimlər barəsində həbs qərarı çıxarıb. Onlar könüllü olaraq Corciya ştatının cəzaçəkmə müəssisəsinə gəlməlidirlər.