BAKI, 18 avqust — Sputnik. Şərqi Çin dənizində Çin və Rusiyanın hərbi gəmilərinin birgə patrul xidməti beynəlxalq hüquq normaları nəzərə alınmaqla qanuni şəkildə həyata keçirilir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
"Mən sizə demək istəyirəm: Çin və Rusiya gəmiləri beynəlxalq qanun və qaydalara uyğun olaraq müntəzəm naviqasiya həyata keçirirlər", - o, Çin və Rusiya gəmilərinin hərəkətlərini şərh etmək istəyən qərbli jurnalistin sualını cavablandırarkən deyib.
Sakit Okean Donanmasının informasiya təminatı departamentinin bir müddət əvvəl jurnalistlərə verdiyi məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmiləri Sakit Okeanda birgə patrullar zamanı yanacaq ehtiyatlarının artırılması və yüklərin daşınmasının təşkilini işləyiblər. Qeyd olunub ki, onlar razılaşdırılmış marşrut üzrə hərəkətlərini davam etdirirlər.