SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib

İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edərkən tacik həmkarını Azərbaycana dəvət edib.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.
Bunu Prezident İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edərkən deyib.
Xatırladaq ki, bu il aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri olub.
Həmin gün Düşənbədə İlham Əliyevin Emoməli Rəhmonla təkbətək və geniş tərkibdə görüşləri olub.
Görüşlər zamanı ölkələr arasında qarşılıqlı əlaqələrinin vəziyyəti və perspektivləri, habelə beynəlxalq və regional məsələlər müzakirə edilib, bir sıra sənədlər imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.