BAKI, 18 avqust — Sputnik. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Quranın yandırılması hallarını şərh edərək, insanların müqəddəs şeyləri ələ salmaması üçün maarifləndirməyə, həmçinin Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əsasən İncil və Qurana zərər vurmağa görə cəza tətbiq edilməsinə çağırıb. Juravlev bunu RİA Novosti-yə bildirib.
"Biz hamımız hər şeyi etməliyik ki, ölkəmiz hər cür halların çoxdan normaya çevrildiyi İsveçə çevrilməsin. Müqəddəs şeyləri ələ salmağı heç vaxt ağlına belə gətirməyəcək əxlaqlı insanlar yetişdirmək lazımdır", - Juravlev deyib.
"Möminləri təhqir etəmk qərarına gələnlər, qoy etdikləri əmələ görə cavabdeh olsunlar. Nəzərə alın ki, imanı üçün canını verməyə qadir insanlar var. Əslində, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə düzəliş edilməlidir: Quranı yandırsan, 10 il cəza alırsa, həmçnini dı İncili aşkar şəkildə cırırsansa, eyni 10 il cəzalandırılırsan. Dindarların ələ salınmasına görə cəza uyğun olmalıdır", - deputat bildirib.