RUSİYA

BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinin təsdiqlənməsi barədə sərəncam imzalayıb.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putinin müvafiq sərəncamı rəsmi hüquqi informasiya portalında dərc olunub.
"BMT Baş Assambleyasının 78-ci sessiyasının işində iştirak etmək üçün Rusiya Federasiyasının nümayəndə heyətinin aşağıdakı tərkibi təsdiq edilsin: Lavrov S.V. – Rusiya Federasiyasının xarici işlər naziri, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvü (nümayəndə heyətinin rəhbəri)," - sənəddə qeyd olunur.
Nümayəndə heyətinin tərkibinə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Liberal Demokrat Partiyasının lideri və Dumanın beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski də daxildir.