DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus Təhlükəsizlik Şurasından çağırış

Aleksandr Volfoviç deyib ki, müasir şəraitdə tarixin yenidən yazılmasına qarşı vahid cəbhə kimi çıxış etmək lazımdır.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Dünya ölkələri İkinci Dünya Müharibəsinin tarixini yenidən yazmaq cəhdlərinə qarşı vahid cəbhə kimi çıxış etməlidirlər.
Bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç Minskdə Antifaşist Konqresinin plenar iclasında çıxış edərkən bildirib.
"Müasir şəraitdə tarixin yenidən yazılmasına qarşı vahid cəbhə kimi çıxış etmək lazımdır. İşğalçıları və azad edənləri (bir sıra Avropa ölkələrində - red.) eyni cərgəyə qoyanda, həlak olan sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidələri dağıdanda, nasist əlbirlərini yüksəltdikdə bizim susmağa haqqımız yoxdur", - deyə Volfoviç qeyd edib.
O vurğulayıb ki, "bu, bizim İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsi qarşısında borcumuzdur".
"Məhz buna görə də Beynəlxalq Antifaşist Konqresinin keçirilməsi böyük ictimai və siyasi əhəmiyyət kəsb edir", - deyə Belarus Təhlükəsizlik Şurasının katibi bildirib.