MƏDƏNİYYƏT

Rusiyanın Xalq artisti Bakıda monotamaşa ilə səhnəyə çıxacaq

Bakılı aktyor Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında monotamaşa ilə səhnədə çıxış edəcək
Sputnik
BAKI, 17 avqust — Sputnik. Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını nümayiş edəcək.
Qeyd edək ki, Vitorqanın Bakıda tamaşaçılar üçün nümayiş edəcəyi bu tamaşa 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub. Onun bu nikahdan qızı və oğlu da var, həmçinin nəvələri var. İkinci dəfə ailə quran aktyor 79 yaşında yenidən ata olub.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Emmanuil Vitorqan 1939-cu ilin dekabrın 27-də Bakıda yəhudi ailəsində anadan olub.
O, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Dram və Komediya Teatrında çalışıb. Emmanuil Vitorqanın yaradıcılığına yüzdən artıq bədii filmdə yaratdığı maraqlı obrazlar daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.