BAKI, 17 avqust — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində bir HIMARS raketini ələ keçirib və 18 Ukrayna pilotsuz təyyarəsini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Xerson istiqamətində, qızğın döyüşlər nəticəsində Ukrayna bölmələri 30-a qədər hərbçini, üç texnikasını, həmçinin D-30 haubitsasını itirib", - Rusiya MN-in hesabatında deyilir.
Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qrupu ötən sutka ərzində Krasnolimansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Kuzmino vilayətində hücumunu dəf edib, Ukrayna Silahlı Qüvvələrinin 55-ə qədər hərbçisi və 8 texnikası məhv edilib.
"Düşmənin gün ərzində Donetsk istiqamətində itkiləri 310 Ukrayna hərbçisi, bir tank, üç zirehli döyüş maşını, doqquz texnika, həmçinin D-20 haubitsası olub", - hesabatda bildirilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Zaporojye istiqamətindəki Rusiya qoşunları düşmənin hücumunu dəf edib, Kiyev 195-ə qədər hərbçisini, dörd "Stryker" zirehli transportyorunu, iki piyada döyüş maşını, ABŞ-ın bir M777 və Britaniyanın FH-70 artilleriya silahını itirib.
"Cənubi Donetsk istiqamətində düşmənin itkiləri 175-dən çox ukraynalı hərbçi, iki tank, üç zirehli döyüş maşını, iki avtomobil, bir D-20 haubitsası və iki "Qvozdika" özüyeriyən artilleriya qurğusu olub", - məlumatda deyilir.
Məlumata görə, Kupyansk istiqamətində 125-ə qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, iki pikap, bir "Tulpan" özüyeriyən minaatan, M777 artilleriya sistemi və ABŞ istehsalı M109 Paladin özüyeriyən artilleriya qurğusu sıradan çıxarılıb.
Ümumilikdə, xüsusi əməliyyat başlayandan Rusiya qoşunları 459 təyyarə, 246 helikopter, 5805 pilotsuz uçuş aparatı, 431 zenit-raket kompleksi, 11349 tank və digər zirehli döyüş texnikasını məhv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.