"BMT Təhlükəsizlik Şurasında da bu məsələyə baxıldı və Azərbaycanın BMT-dəki daimi nümyəndəsi Yaşar Əliyev çox ciddi faktlarla Ermənistanın yalan üzərində qurulmuş iddialarına cavab verdi. Regionda heç bir halda humanitar böhrandan söhbət getmir. Qarabağda yaşayan əhalinin ərzaq təhlükəsizliyi, eyni zamanda onların gündəlik tələbat mallarına olan ehtiyaclarının qarşılanması üçün Azərbaycan Ağdam-Xankəndi, həmçinin Füzuli-Şuşa yolunu təklif edir. Lakin Ermənistana bunlar lazım deyil. Onların niyyəti heç də humanitar böhran məsələləri deyil.
"Ermənistan unutmamalıdır ki, Azərbaycanla təhdid dilində danışmaq ağılsızlıqdır. Kimlərsə, üçüncü Qarabağ müharibəsini planlaşdırırsa, bu həmin şəxslər üçün siyasi intihar qərarını qəbul etməkdən başqa bir şey deyil. Hərbi təxribatlardan istifadə Paşinyanın icadı deyil, onun sələfləri Koçaryan, Sarkisyan da tənzimləmə prosesi ilə bağlı mühüum addımların atılması öncəsi bu yola əl atırdılar. Görünür, Ermənistanın hərbi siyasi rəhbərliyi ağlını itirib. Azərbaycan ordusu üç il öncəkindən daha güclüdür və Ermənistan odla oynayır. Həmin od Ermənistanı yandıra bilər", - deyə E.Nəsirov fikirlərini yükunlaşdırıb.
"Hər bir vəchlə çalışacaqlar ki, regionda gərginlik ən yüksək səviyyədə olsun. Düşünürəm ki, hərbi təxribatlara hazır olmaq lazımdır. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə, şərti sərhəddə və Naxçıvan istiqamətində ordumuz hazır vəziyyətə gətirilməlidir. Çünki son dövrlər separatçıların fortifikasiya qurğularını quraşdırma cəhdləri görünür. Onlar mühəndis istehkam işləri görməyə cəhd edirlər. Bunlar hərbi təxribat üçün hazırlıqlardan xəbər verir. Hesab edirəm ki, hərbi təxribatlara hazır olmalıyıq".