BAKI, 17 avqust — Sputnik. Qlobal yaşıl texnologiya sənayesində rəqabətə baxmayaraq, Çin növbəti onillikdə bu sahədə hökmranlıq etməyə davam edəcək. Bu barədə "The Economist Intelligence Unit"in (EIU) məlumatlarına istinadən "South China Morning Post" məlumat yayıb.
"ABŞ, Aİ və digər ölkələrin qabaqcıl iqtisadiyyatların yaşıl texnologiyalar sahəsində yerli istehsalı stimullaşdırmaq cəhdlərinə baxmayaraq, Çin ən azı növbəti onillikdə günəş panelləri, külək turbinləri və batareyalar üçün komponentlərin əsas təchizatçısı olaraq qalacaq", - məlumatda bildirilir.
"İnkişaf etmiş ölkələrin komponentlərin satınalmalarını yerli təchizatçılara yönləndirməsi məhsulların maya dəyərinin artmasına gətirib çıxaracaq və istehlakçıların yerli texnologiyalardan istifadəyə keçməsinin stimullaşdırılması belə layihələrin dəyərini artıracaq və qurulmuş infrastrukturun həcmini azaldacaq", - çinli ekspertlər qeyd edirlər.
Elektromobil, arxiv
© Sputnik / Murad Orujov
Qeyd olunub ki, Çin son illərdə dünyanın yaşıl texnologiyalar mərkəzinə çevrilib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin dünyadakı elektrik avtomobil akkumulyatorlarının 75%-dən çoxunu istehsal edir və dəyər zəncirinin bütün mərhələlərində - zəruri xammalın çıxarılmasından tutmuş onların emalına və enerji hüceyrələrinin istehsalına qədər digər ölkələri qabaqlayır. Çin günəş panelləri istehsal gücünün 60%-dən çoxunu təşkil edir və eyni zamanda külək turbinləri üçün əsas komponentlərin istehsalı üzrə dünyanın ən böyük mərkəzinə çevrilməyi bacarıb.
Bu ilin əvvəlində Avropa İttifaqı Çindən asılılığı azaltmaq və milli təhlükəsizliyi təmin etmək məqsədilə ondan yaşıl texnologiyaların idxalına məhdudiyyətlər qoymaq qərarına gəlib. ABŞ, öz növbəsində, istehsalında istifadə olunan əsas mineralların (əsasən akkumulyatorda) ABŞ-dan və ya bir şirkətdən gəlməsi şərti ilə, hər bir avtomobil üçün 3,750 dollar rüsumdan azad edilməsini nəzərdə tutan inflyasiyanın azaldılması qanununu qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.