RUSİYA

Belqorod vilayətində Ukraynaya məxsus PUA vurulub - Rusiya MN

Qarşısının alındığı terror aktı nəticəsində tələfat və dağıntı olmayıb.
Sputnik
BAKI, 17 avqust - Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 09:00 radələrində Belqorod vilayəti üzərində Ukraynaya məxsus PUA-nı vurub, itki və dağıntı yoxdur. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün Moskva vaxtı ilə saat 09:00 radələrində Kiyev rejiminin təyyarə tipli pilotsuz uçuş aparatı ilə Rusiya Federasiyası ərazisində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə vasitəsi ilə Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus PUA aşkar edilərək məhv edilib", - deyə nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, “qarşısı alınan terror aktı nəticəsində tələfat və dağıntı olmayıb”.
Xatırladaq ki, bir neçə gün öncə də Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparat vurulmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.