BAKI, 17 avqust — Sputnik. Avrasiya İqtisadi Komissiyasının Kollegiyası Gömrük İttifaqının "Mühərrik və aviasiya benzini, dizel və dəniz yanacağı, təyyarə yanacağı və mazuta dair tələblər haqqında" texniki reqlamentləri üçün standartların siyahılarını yeniləyib.
Qeyd edilib ki, qərar milli standartlardan dövlətlərarası standartlara sistemli keçid məqsədi daşıyır, onlar hazırlanıb tətbiq edilir.
Sözügedən texniki reqlament üzrə yenilənmiş standart siyahılarına 142 standart daxildir.
Onlardan 112-si dövlətlərarası standart, 22-si ISO beynəlxalq standartları əsasında hazırlanıb;
Qazaxıstan Respublikasının 14 milli standartından 7-si regional ASTM standartları əsasında hazırlanıb;
Belarus Respublikasının 5 dövlət standartından 2-si beynəlxalq İSO standartları əsasında hazırlanıb;
Rusiya Federasiyasının isə 11 milli standartı əsasında hazırlanıb.
Dəyişdirilmiş standartlara münasibətdə onların tətbiqi üçün keçid dövrü müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.