DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yük avtomobilinin yanacaq çənində 245 kq narkotik maddə aşkarlandı

İraqdan Türkiyəyə daxil olmaq üçün Habur gömrük postuna gələn yük avtomobilinin yanacaq çəninə baxış zamanı metamfetamin aşkar edilib.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Türkiyə gömrükçüləri İraqla sərhəddə yük maşınında 245 kq metamfetamin aşkar edib və araşdırmalara başlanılıb. Bu barədə Türkiyə mediası xəbər verir.
"İraqdan Türkiyəyə daxil olmaq üçün Habur gömrük postuna gələn yük avtomobilinin yanacaq çəninə baxış zamanı metamfetamin aşkar edilib. Müsadirə edilən narkotik vasitənin miqdarının 245 kq olduğu məlum olub", - KİV yazır.
Faktla bağlı Silopi şəhər Baş Prokurorluğu araşdırmalara başlayıb.