DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Tagesspiegel": Almaniya Rusiyanın Qərb sanksiyalarına müqavimətindən narahatdır

Rusiya iqtisadiyyatı Aİ və ABŞ-ın müntəzəm təzyiqləri qarşısında güclü olduğunu sübut edib.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Aİ ölkələri və ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar ona gözlənilən zərəri vurmadı. Almaniya hökuməti bunun necə baş verdiyini öyrənməyə başlayıb.
Almaniyanın "Tagesspiegel" qəzetinin şərhçisi Albrext Meyer bu barədə yazıb.
Onun sözlərinə görə, bir il əvvəl Berlin Rusiyanın hələ 10 ilə yaxın bir müddətdə məhdudiyyətlərdən özünə gələ bilməyəcəyinə əmin idi. Bununla belə, Beynəlxalq Valyuta Fondu (BVF) artıq ölkə iqtisadiyyatı üçün artım proqnozunu 0,7%-dən 1,5%-ə qaldırıb.
"Proqnozlara görə, gələn il Rusiyanın ümumi daxili məhsulu Ukraynadakı münaqişədən əvvəlki səviyyəyə qayıda bilər", - deyə Meyer bildirib.
Hazırda Almaniya İqtisadiyyat Nazirliyi yeni sanksiyalar hazırlayır. Onlar, ehtimal ki, "daha effektiv" olacaq. Amma, Xristian Demokrat İttifaqının xarici siyasət üzrə eksperti Roderix Kizevetterin məqalədə qeyd etdiyi kimi, məhdudiyyətlər etibarlı şəkildə tətbiq edilsəydi, nəticə verərdi. Bu yol isə Qərb ölkələri üçün sərfəli deyil.
Qeyd edək ki, bundan əvvəl oxşar fikri Serbiya lideri Aleksandar Vuçiç də bildirib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı Aİ və ABŞ-ın müntəzəm təzyiqləri qarşısında güclü olduğunu sübut edib.