BAKI, 16 avqust — Sputnik. Rusiyanın "Luna-25" kosmik gəmisi müasir Rusiya tarixində ilk dəfə olaraq Yer peykinin orbitinə çıxıb. Bu barədə “Roskosmos” məlumat yayıb.
Dövlət korporasiyasının məlumatına görə, bu, avtomatik stansiyanın hərəkət sisteminin iki dəfə işə salınması ilə təmin edilib. İlk aktivləşdirmə düzəldici əyləc mühərriki tərəfindən həyata keçirilib və 243 saniyə davam edib, ikincisi - yumşaq eniş mühərrikləri tərəfindən və 76 saniyə davam edib.
"Bütün "Luna-25" sistemləri normal işləyir, onunla əlaqə stabildir. Cari naviqasiya parametrlərinin ölçülməsi üçün sessiyalar keçirilir", - Roskosmos əlavə edib.
"Luna-25" çətin relyefi olan Ayın Cənub Qütbü bölgəsinə yumşaq eniş edən ilk stansiyadır. Onun bütün sələfləri ekvator zonasına enib. Stansiyanın əsas məqsədi Ay torpağında buzun olması ilə bağlı tədqiqatlar aparmaqdır.
Luna-25 həm də müasir Rusiya tarixində ilk Ay stansiyası olacaq. Yerin peykinə göndərilən sonuncu sovet kosmik gəmisi 1976-cı ildə buraxılıb və "Luna-24" adlandırılıb.