BAKI, 16 avqust - Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan MN-in yaydığı videomateriala münasibət bildirib.
Azərbaycanın MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Report-a deyib ki, Ermənistan Müdafiə Nazirliyinin uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır", - Mətbuat Xidmətinin rəisi vurğulayıb.