BAKI, 16 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas vəzifələri sənaye kooperasiyasının və nəqliyyat logistikasının inkişafıdır. Bunu Rusiya Xalqlar Dostluğu Universitetinin iqtisadiyyat fakültəsinin dekanı İnna Andronova Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Əgər əvvəllər iqtisadiyyatın siyasətin arxasınca getdiyini deyirdiksə, indi isə əksinədir, o, siyasi proseslərə qarşı dayanır. Müasir beynəlxalq iqtisadi münasibətlər sistemində yalnız konsolidasiya edilmiş səylərin köməyi ilə yaşamaq mümkündür", - deyə Andronova hesab edir.
Ekspertin fikrincə, Aİİ-nin vəzifəsi bunu aydın başa düşmək və rəqabət üstünlükləri yaratmaqdır.
O, həmçinin qeyd edib ki, Azərbaycanın bütün qeyri-xammal ixracının təxminən yarısı Aİİ bazarına gedir.
"Ölkə əhalisinin 30%-i kənd təsərrüfatında işləyir, Aİİ isə həm istehlakçılara, həm də istehsalçılara bazarlarına sərbəst çıxmaq və ticarət etmək imkanı verir", - deyə ekspert qeyd edib.
O, əminliklə bildirib ki, Xəzəryanı dövlətlərin əsas vəzifəsi xidmət sahəsini və sənayeni yüksək səviyyəyə qaldırmaq üçün birgə nəqliyyat-logistika şirkəti yaratmaq və gəmiqayırma sahəsinə sərmayə qoymaqdır.
"Aİİ ölkələri ümumi əmək bazarının formalaşması mərhələsindədir, Azərbaycanın bu təşəbbüsə qoşulması çox faydalı olardı", - deyə Andronova fikini yekunlaşdırıb.