RUSİYA

Ancaq bundan sonra "taxıl sazişi"nin bərpasından danışmaq mümkün olacaq - Yerxov

Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Rusiyanın qanuni tələbləri yerinə yetirildikdən sonra "taxıl sazişi"nin bərpasından danışmaq mümkün olacaq. Bunu Rusiya Federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov bildirib.
Taxıl sazişi iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sazişin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
"Türkiyəli tərəfdaşlarımızla, o cümlədən bu məsələdədialoqa hər zaman hazırıq. Qanuni tələblərimiz yerinə yetirilərsə, Qara dəniz (taxıl) təşəbbüsünün bərpası barədə danışa biləcəyik", - TGRT Haber bu barədə səfirə istinadən məlumat yayıb.