HƏRBİ

Şoyqu "Ordu-2023"də bu raketin istehsalı əmrini verdi

Avqustun 14-dən 20-dək Moskva yaxınlığındakı Kubinkadakı "Patriot" parkında Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu-2023" beynəlxalq hərbi-texniki forumu keçirilir.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu "Ordu-2023" forumunda tiştirak edən Kurqanpribor Elmi-İstehsalat Birliyi tərəfindənə RVV-MD hava-hava tipli idarəolunan raketin istehsalına ən qısa zamanda başlanılması əmrini verib.
Şoyqu "Kurqanpribor" şirkətinin baş direktoru Fyodor Kolosovnikova müraciət edərək şirkətin stendinə baxış zamanı deyib: "Ümid edirəm ki, siz bu məhsulun istehsalına ən qısa zamanda başlayacaqsınız".
Kolosovnikov söz verib ki, bu tapşırığı yerinə yetirmək üçün hər cür səy göstərəcək.
RVV-MD qısa mənzilli və yaxın mənzilli yüksək manevr qabiliyyətinə malik hava döyüş raketidir.
Avqustun 14-dən 20-dək Moskva yaxınlığındakı Kubinkadakı "Patriot" parkında Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu-2023" beynəlxalq hərbi-texniki forumu keçirilir. RİA Novosti forumun rəsmi informasiya tərəfdaşıdır.