RUSİYA

Şoyqu Moskva və Pekin arasında hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib

Çinin müdafiə naziri beynəlxalq təhlükəsizlik üzrə XI Moskva Konfransında çıxışı zamanı Çinin Rusiya ilə üçüncü ölkələrə qarşı "dost olmadığını" bildirib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Rusiya və Çin hərbi sahədə əlaqələri yüksək səviyyədə davam etdirir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu beynəlxalq təhlükəsizlik üzrə XI Moskva Konfransında çinli həmkarı Li Şanfu ilə işgüzar görüşü zamanı deyib.

"Biz əlaqələri yüksək səviyyədə davam etdiririk, fəal şəkildə nümayəndə heyətləri arasında mübadilə aparırıq, bütün dünya kanallarının göstərdiyi birgə təlimlər keçiririk. Bu təlimlər həm quruda, həm dənizdə, həm də havada birgə patrullarımızla bağlıdır", - deyə Şoyqu bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Pekinlə əməkdaşlığın həm ikitərəfli əsasda, həm də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və "ASEAN" Müdafiə Nazirləri Şurası (Cənub-Şərqi Asiyanın 10 ölkəsinin müdafiə idarələri ilə dialoq üzrə tərəfdaşlar arasında qarşılıqlı fəaliyyət mexanizmi (Avstraliya, Hindistan, Çin, Yeni Zelandiya, Koreya Respublikası, Rusiya, ABŞ, Yaponiya) çərçivəsində çoxtərəfli formatlarda davam etdiyini vurğulayıb.
Bu yaxınlarda Çinin müdafiə naziri Li Şanfu beynəlxalq təhlükəsizlik üzrə XI Moskva Konfransında çıxışı zamanı Çinin Rusiya ilə üçüncü ölkələrə qarşı "dost olmadığını" bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.