RUSİYA

Qərbin Tayvana münasibəti kinliliyin ən yüksək nümunəsidir - Lavrov

Rusiya XİN rəhbəri ABŞ-ın bu regiondakı işlərə mənfi təsirinin başqa bir nümunəsi kimi Koreya yarımadasında gərginliyin daim artmasını göstərib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Qərbin Tayvanla bağlı hərəkətləri, o cümlədən adanı müasir silahlarla doldurmaq, vahid Çin konsepsiyasına elan edilmiş sadiqlik fonunda ən yüksək kinliliyin nümunəsidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq təhlükəsizlik üzrə XI Moskva konfransında deyib.

"Ən yüksək kinə misal olaraq Qərbin Tayvanla bağlı mövqeyini göstərmək olar: o, vahid Çin konsepsiyasına sadiqliyini utanmadan bəyan edir, lakin eyni zamanda, status-kvonu pozmamaq hamıdan ciddi şəkildə tələb olunur. Status-kvo, praktiki hərəkətlərdən göründüyü kimi, Tayvana müstəqil dövlət kimi yanaşmaq deməkdir, status-kvo Tayvanı müasir silahlarla gücləndirmək deməkdir, çünki əslində bu, Kiyev rejiminə münasibətdə edilir", - Lavrov deyib

Rusiya XİN rəhbəri ABŞ-ın bu regiondakı işlərə mənfi təsirinin başqa bir nümunəsi kimi Koreya yarımadasında gərginliyin daim artmasını göstərib.
O bildirib ki, ABŞ Yaponiya və Cənubi Koreyanı sərt, mənfi, aqressiv mövqeyə sürükləyir və Rusiya Federasiyası və Çinin dəstəkləməyə hazır olduğu Koreya Xalq Demokratik Respublikasının iştirakı ilə bərabərhüquqlu dialoqdan imtina etməyə sövq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.