BAKI, 15 avqust — Sputnik. Vaşinqton 2013-2014-cü illərdə Maydan etirazlarına 5 milyard dollar sərmayə qoyub. Bu barədə Rusiya mediası ABŞ prezidentliyinə namizəd Robert Kennedinin "X" sosial şəbəkəsində yayımlanan teleaparıcı Taker Karlsonla söhbəti zamanı söylədiklərinə istinadən xəbər verib.
"Bizə bu etirazları maliyyələşdirdiyimizi söyləməyiblər, nə qəzetlər, nə də hökumətimiz bizə heç vaxt bu barədə məlumat verməyib", - deyə kiçik Kennedi bildirib.
O, həmçinin xatırladıb ki, məhz bu etirazlar Ukraynada dövlət çevrilişinə səbəb olub. Bundan əlavə, o dövrdə fəaliyyət göstərən Ukrayna hökumətinin devrilməsindən bir ay əvvəl ABŞ dövlət katibi Viktoriya Nuland ABŞ-ın Kiyevdəki səfiri ilə gizli söhbət aparıb.
Kiçik Kennedinin məlumatlarına görə, "Ukraynanın yeni nazirlər kabineti"ni təşkil edən məhz Nuland olub.
Bu yaxınlarda kiçik Robert Kennedi Rusiya ilə yüksək səviyyədə dialoq qurmağa çağırıb. Onun sözlərinə görə, Vaşinqton Moskva ilə potensial olaraq ekzistensial döyüşdədir, lakin Rusiyan ABŞ-a nisbətən "minlərlə çox" nüvə silahına malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.