QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: Ermənistan kütləvi məzarlıqlarla bağlı məlumat verməkdən imtina edir

Şuşa həbsxanasının yaxınlığında 4000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı aşkarlanıb.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Şuşada aşkarlanmış daha bir kütləvi məzarlıq haqqında "X" ("Twitter") sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda deyilir:

"Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, onlara qarşı qeyri-insani rəftar edildiyi, həmin şəxslərin işgəncələrə məruz qaldığı, öldürüldüyü Şuşa həbsxanasının yaxınlığında 4000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı aşkarlanıb. Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir".

Xatırladaq ki, Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb. Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.