RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

FTX Ukrayna kəşfiyyatına məlumat ötürən şəxsi ələ keçirdi

Saxlanılan şəxsin vəzifəsi Krım ərazisindən keçən hərbi yüklərin formalaşması və daşınması barədə məlumat ötürmək olub.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə xüsusi hərbi əməliyyat zonasına yüklərin daşınması ilə bağlı məlumat ötürən Krım sakinini saxlayıb. Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, saxlanılan şəxs partlayıcı qurğu saxlanılan anbarın yeri barədə məlumat verib.
"Ukrayna milliyyətçi ideologiyasının tərəfdarı, 1965-ci il təvəllüdlü Rusiya vətəndaşının fəaliyyəti Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Krım ərazisindən keçən hərbi yüklərin formalaşması və daşınması barədə məlumat ötürmək olub", - deyə məlumatda qeyd olunub.

"Saxlanılan şəxs Ukrayna Təhlükəsizlik xidməti ilə əməkdaşlıq faktını təsdiqləyib və 1 kq ağırlığında plastik partlayıcının olduğu istifadəyə hazır əldəqayırma partlayıcı qurğunun saxlandığı anbarın koordinatlarını bildirib", - məlumatda bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.