BAKI, 15 avqust — Sputnik. ABŞ-ın hazırkı lideri Co Baydenin administrasiyasının siyasəti Ukraynanın məğlubiyyətini yalnız gecikdirir.
Bunu ABŞ-ın sabiq Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton "The Wall Street Journal" qəzetinin məqaləsində yazıb.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının yavaş irəliləməsinin səbəbləri Ukraynaya yardımın ləng çatdırılmasındadır. Boltonun fikrincə, silah tədarükü ilə bağlı mübahisələr, həmçinin eskalasiya qorxusu və Rusiyanın hərəkətləri bəzi ölkələrdə "iflicli ehtiyatlılığa" səbəb olub.
Eyni zamanda ABŞ prezidentinin sabiq köməkçisi qeyd edib ki, Şimali Atlantika Alyansı "Ukraynanın tam suverenliyini və ərazi bütövlüyünü bərpa etmək öhdəliklərinə riayət etməyə hazır olmadığını" qeyd edib.
"Ukrayna hücumunun dayandırılmasında Baydenin qərarsızlığını günahlandırmaq lazımdır", - deyə sabiq prezidentin keçmiş müşaviri bildirib.
Xatırladaq ki, bu yaxınlarda Kiyevin NATO təlimatçılarını hücumun uğursuzluğunda ittiham etdiyi bildirilib. Qeyd olunub ki, Ukrayna ordusunun rəhbərliyi Qərb müşavirlərinə məhəl qoymadan "istədiyi kimi hərəkət etmək" qərarına gəlib.