İQTİSADİYYAT

Azərbaycanda dənizlə daşınan yüklərin 57%-i neftin payına düşüb

Dəniz limanları tərəfindən 7 445,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 111,9 min tonunu və ya 82,1%-i tranzit yüklər təşkil edib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 5 341,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,8% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 56,9%-i neft yükləri təşkil edib.

"Dəniz limanları tərəfindən 7 445,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 111,9 min tonunu və ya 82,1%-i tranzit yüklər təşkil edib. 2023-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 285,7 min ton olub", - məlumatda bildirilir.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 12,7 min nəfər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.