DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ararat Mirzoyan ABŞ-a səfər edəcək

Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, A.Mirzoyan BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat vermişdi ki, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.