BAKI, 14 avqust — Sputnik. Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir: “Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”.
Qeyd olunub ki, Türkiyə Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərin heç bir əsasının olmadığını hesab edir: "Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir".